DÜNYA


ABŞ Fələstin Azadlıq Təşkilatının Vaşinqtondakı ofisinin bağlanmasını tələb edir

Vaşinqton, 11 sentyabr, AZƏRTAC

ABŞ Dövlət Departamentinin bəyanatında bildirilir ki, Prezident Trampın administrasiyası Fələstin Azadlıq Təşkilatının (FAT) Vaşinqtondakı ofisinin bağlanması barədə qərar qəbul edib.

AZƏRTAC xəbər verir ki, ABŞ xarici siyasət idarəsinin rəsmi bəyanatında deyilir: “Administrasiya ciddi təhlil aparandan sonra bu nəticəyə gəlib ki, Fələstin Azadlıq Təşkilatının Vaşinqtondakı Baş Nümayəndəliyi bağlanmalıdır”. Bəyanatda, həmçinin qeyd edilir ki, Birləşmiş Ştatlar 2017-ci ildə “İsraillilər ilə fələstinlilər arasında möhkəm və geniş əhatəli sülhə nail olmaq üçün” FAT-ın müvafiq əməliyyatlar aparmasına icazə verib və bu ofisi bağlamayıb, lakin FAT “İsrail ilə birbaşa və konstruktiv danışıqlar aparmağa” yönəlmiş addımlar atmayıb.

Bəyanatda daha sonra deyilir ki, əksinə, FAT rəhbərliyi münaqişənin dinc yolla nizamlanmasına dair ABŞ-ın planını (hələ bu planın üzünü görmədiyi halda) pisləyib və ABŞ hökumətinin sülhə nail olmaq səylərində onunla əməkdaşlıqdan imtina edib. Beləliklə, Administrasiya Konqresin narahatlığını nəzərə alaraq, qərara gəlib ki, FAT-ın Vaşinqtondakı ofisi bu mərhələdə bağlanacaq. İdarədə, həmçinin “İsrailə münasibətdə təhqiqat aparılmasında fələstinlilərin Beynəlxalq Cinayət Məhkəməsinə təzyiq göstərmək cəhdlərinə” görə narahatlıq ifadə olunub.

Bəyanatın sonunda deyilir: Birləşmiş Ştatlar əvvəlki kimi hesab edir ki, münaqişənin həllinə yaxınlaşmağın yeganə üsulu iki tərəf arasında birbaşa danışıqlardır və rəsmi Vaşinqton möhkəm və geniş əhatəli sülhə nail olmaq üçün səylərindən geri çəkilməyəcək.

 

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.