DÜNYA


ABŞ Finlandiyaya 323 milyon dollar dəyərində silah satır

ABŞ Finlandiyaya 323 milyon dollar dəyərində silah satır

Stokholm, 30 noyabr, Rauf Əliyev AZƏRTAC

ABŞ Dövlət Departamenti bir ay ərzində Finlandiyaya ikinci böyük silah satışına öz icazəsini verib.

AZƏRTAC xəbər verir ki, fevralda Rusiyanın Ukraynaya təcavüzündən az sonra Finlandiya hökuməti təkcə bu il ərzində öz silahlı qüvvələri üçün silah və digər müdafiə materiallarının alınması üçün əlavə 1,7 milyard avro vəsaitin ayrılması barədə qərar qəbul edib.

Finlandiya hökuməti artıq vəsaitin əhəmiyyətli hissəsini ABŞ-da silah və silah materiallarının alınmasına göndərmək planlarını açıqlayıb.

Bunun fonunda ABŞ Dövlət Departamenti keçən gün təxminən 323,3 milyon dollar dəyərində AIM 9X Block II raketlərinin, AGM-154 Joint Stand Off taktiki bombalarının və müvafiq avadanlıqların satışını təsdiqləyib. Finlandiya yeni silahları ABŞ-dan aldığı yeni beşinci nəsil F-35 döyüş təyyarələri ilə birlikdə istifadə etməyi planlaşdırır.

Cari il noyabr ayın əvvəlində ABŞ Dövlət Departamenti, həmçinin təxmini dəyəri 535 milyon dollar olan 150 İdarəolunan Reaktiv Yaylım Atəş Sistemi (GMLRS) və müvafiq avadanlığın satışını da təsdiqləyib.

Qeyd edək ki, bütün bu satınalmalar iki şimal Avropa ölkəsi Finlandiya və İsveçin NATO-ya daxil olması ilə bağlı Türkiyə ilə davam edən danışıqlar fonunda baş verir.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.