DÜNYA


ABŞ GÜRCÜSTANA 21 MİLYON DOLLARLIQ YARDIM AYIRMIŞDIR

AZƏRTAC-ın müxbiri ABŞ-ın Gürcüstandakı səfirliyinin dekabrın 22-də Tbilisidə yayılan bəyanatına istinadla xəbər verir ki, Vaşinqton “keçid dövründə Gürcüstanın qarşısında duran problemlərin həlli üçün” ona 21 milyon dollarlıq yardım ayırmışdır.

Sənəddə deyilir: “ABŞ dövlət katibinin müavini Linn Pasko Vaşinqtonun Tbilisiyə 7 milyon dollar ayıracağı barədə Gürcüstan rəhbərliyinə məlumat vermişdi, lakin bu günlərdə bildirmişdir ki, ABŞ əlavə olaraq 14 milyon dollar ayırmağı qərara almışdır”. Bəyanatda qeyd edilir ki, ikinci məbləğ Gürcüstan sakinlərinə əmək haqqı və pensiya verilməsi ilə bağlı problemlərin həlli üçün nəzərdə tutulmuşdur.

Sənəddə vurğulanır ki, “ABŞ hökuməti ölkə iqtisadiyyatına şəffaflıq və uğurlar gətirməli olan mühüm və mürəkkəb islahatlara kömək üçün Gürcüstanın müvəqqəti və gələcək rəhbərliyi ilə sıx əməkdaşlıq etmək niyyətindədir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.