SİYASƏT


ABŞ-IN DÖVLƏT KATİBİ KOLİN PAUELLİN BƏYANATI

ABŞ Dövlət Departamentinin Mətbuat İdarəsi Birləşmiş Ştatların Dövlət katibi Kolin Pauellin bəyanatını yaymışdır. AZƏRTAC-a daxil olmuş bəyanatı təqdim edirik:

“Amerika Birləşmiş Ştatları noyabrın 20-də İstanbulda baş vermiş yeni terror hücumları dalğasını kəskin pisləyir. Biz bütün qurbanların ailələrinə, həm türkiyəli, həm də britaniyalılara öz dərin kədər və hüznümüzü bildiririk. Mən xarici işlər nazirləri Strou və Gülə şəxsən başsağlığımı çatdırmışam. Biz bu hücumlarla bağlı istənilən yardımı göstərməyə və günahkarları tapmaqda kömək etməyə hazırıq. Türkiyə və Birləşmiş Krallıq terrorizmə qarşı müharibədə bizim ən güclü tərəfdaşlarımızdır. Biz terrorizmin və günahsız adamların həyatına son qoyulması ilə nəticələnən əməllərin aradan qaldırılması işini bundan sonra da davam etdirəcəyik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.