DÜNYA
ABŞ-IN HƏRBİ DƏNİZ ATTAŞESİ VENESUELADAN ÇIXARILMIŞDIR
Prezident vurğulamışdır ki, Venesuelanın məxfi informasiyanı ABŞ nümayəndələrinə verməkdə ittiham olunaraq həbs edilmiş bir qrup hərbi dəniz zabiti “ciddi cəzalandırılacaqdır”.
ABŞ-ın Venesueladakı səfiri Uilyam Braunsfild isə bütün bu ittihamları rədd etmişdir. O bildirmişdir ki, ancaq nota almışdır, lakin sənəddə Korreanın “arzuolunmaz şəxs” elan edilməsinin hər hansı bir səbəbi göstərilmir.
Mütəxəssislərin fikrincə, “casusluq qalmaqalı” onsuz da gərgin olan Venesuela-Amerika münasibətlərini daha da kəskinləşdirəcəkdir. Uqo Çavesin hakimiyyətə gəldiyi 1999-cu ildən Karakasla Vaşinqton daim qarşıdurma vəziyyətindədir. Ekspertlər hesab edirlər ki, Venesuela Prezidentinin qərarı ABŞ hökumətində kəskin reaksiya doğuracaq və o, buna müvafiq tədbirlərlə cavab verəcəkdir.