SİYASƏT
ABŞ-IN MÜDAFİƏ NAZİRİ BAKIYA GƏLİR
Pentaqonun yüksək səviyyəli nümayəndə heyəti dekabrın ilk günlərində Bakıya səfər edəcəkdir. ABŞ müdafiə naziri Donald Ramsfeldin başçılıq etdiyi heyətə nazirin Avrasiya məsələləri üzrə müavini Mira Rikardel, ictimai məsələlər üzrə müavini Lorens Di Rita və digərləri daxildir.
Amerika hərbçiləri Prezident İlham Əliyev ilə, habelə müdafiə naziri Səfər Əbiyevlə görüşəcəklər. Müzakirələrdə ABŞ ilə Azərbaycan arasında hərbi sahədə və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi, ölkəmizin qlobal terrorizmə qarşı mübarizədə iştirakı, bölgədə və Xəzər dənizində təhlükəsizlik məsələləri müzakirə olunacaqdır.
Pentaqon nümayəndələrinin səfəri dekabrın 1-2-də Brüsseldə NATO müdafiə nazirlərinin iclasından sonra olacaqdır. Xatırladaq ki, iclasda NATO-nun genişlənməsi və xaricdəki hərbi qüvvələrin yerləşdirilməsinə dair ABŞ-ın yeni planının açıqlanması gözlənilir. Müdafiə naziri Ramsfeld Brüssel iclasının davamı kimi, Azərbaycanda həmin mövzulara dair fikir mübadiləsi apara bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [20:05]
İraq Prezidenti COP29-da iştirak etməyə dəvət olunub
- 24.04.2024 [18:37]
Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda şəhidlərin xatirəsini anıb
- 24.04.2024 [17:25]