DÜNYA
ABŞ-IN MÜDAFİƏ NAZİRİ TALİBLƏRİN MEYİTLƏRİNİN YANDIRILMASINA DAİR İŞİN TƏHQİQİNİ SÜRƏTLƏNDİRMƏYİ TƏLƏB ETMİŞDİR
Ramsfeldin sözlərinə görə, bu işi təxirə salmadan təhqiq etmək lazımdır, çünki belə hadisə müsəlman dünyasında amerikalılara münasibətə mənfi təsir göstərə bilər.
“Xüsusi təbliğatçıların” əməllərini bu yaxınlarda Əfqanıstan Prezidenti Həmid Kərzai də pisləmişdir. O demişdir: “Biz ölkəmizdə din qanunlarına uyğun surətdə yaşayırıq. Biz taliblərin meyitlərinin yandırılmasını pisləyirik. Ümidvaram ki, belə hallar bir daha baş verməyəcəkdir”.
Xatırladaq ki, meyitlərin yandırılmasının videoyazısını ötən həftə Avstraliyanın Es-Bi-Si telekanalı göstərmişdi. Pentaqonun Kriminal Təhqiqat Departamenti həmin videoyazı göstərildikdən dərhal sonra araşdırmalara başlamışdır. Oktyabrın 1-də Qəndəharda törədilən bu hadisədə iştirak etmiş əsgərlərin özləri isə bildirmişlər ki, meyitləri “gigiyena mülahizələrinə” görə yandırmışlar, çünki meyitlər günün altında çürüməyə başlamışdı.