ELM VƏ TƏHSİL
ABŞ-IN “SÜLH KORPUSU” ASTARADA
AZƏRTAC-ın müxbiri xəbər verir ki, ABŞ-ın “Sülh korpusu”nun bir qrup əməkdaşı Astara rayonunda olmuşdur.
Astara şəhər 1 nömrəli orta məktəbdə amerikalı müəllimlərlə rayonun ümumtəhsil məktəbləri direktorlarının və ingilis dili müəllimlərinin görüşü keçirilmişdir.
Rayon təhsil şöbəsinin müdiri Qızbəs Məmmədova görüşdə çıxış edərək rayonun ümumtəhsil məktəblərində şagirdlərin təlim və tərbiyəsi sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr barədə qonaqlara məlumat vermişdir.
“Sülh korpusu”nun əməkdaşları tədbirdə çıxış etmiş, ümumtəhsil məktəblərində ingilis dilinin tədrisi və şifahi nitqin inkişafı ilə bağlı tövsiyələrini vermişlər.
Sonda qonaqlar görüş iştirakçılarının suallarına cavab verdilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]