ABŞ İRAQDA TƏDAVÜLƏ YENİ VALYUTA BURAXMAQ NİYYƏTİNDƏDİR
AzerTAg.az
ABŞ bu ilin oktyabr ayında İraqda yeni milli valyutanı tədavülə buraxmaq niyyətindədir. Bunu iyulun 24-də Pentaqonda keçirilmiş brifinqdə ABŞ-ın Bağdaddakı müvəqqəti idarəetmə orqanının rəhbəri Pol Bremer bildirmişdir. O demişdir ki, son on iki ildə bütün ölkə ərazisində ilk dəfə yeganə pul vahidi tədavüldə olacaqdır. İraqda Mərkəzi Bank müstəqil fəaliyyətə başlamışdır.
Mətbuat konfransında iştirak edən ABŞ-ın müdafiə naziri Donald Ramsfeld isə bildirmişdir ki, İraqda su və elektrik təchizatı müharibədən əvvəlki səviyyədə bərpa edilmiş, 240 xəstəxananın və 1200 klinikanın, demək olar, hamısı açılmış, təxminən 100 qəzet çıxmağa başlamış, bütün iri şəhərlərdə və kiçik yaşayış məntəqələrinin 85 faizində yerli sakinlərdən ibarət bələdiyyə orqanları yaradılmışdır.
Xəbərin mətnində orfoqrafik səhv var