DÜNYA


ABŞ “İran Air” şirkətinə tətbiq etdiyi sanksiyaları qismən aradan qaldırıb

Tehran, 15 avqust, AZƏRTAC

ABŞ “İran Air” şirkətinə qarşı tətbiq etdiyi sanksiyaları qismən aradan qaldırıb.

AZƏRTAC xəbər verir ki, avqust ayından başlayaraq şirkət təyyarələri üçün ehtiyat hissələri ala biləcək. ABŞ Maliyyə Nazirliyinin açıqlamasında bildirilib ki, İran şirkəti ABŞ-ın və Avropanın təyyarə istehsalçılarından təyyarə deyil, yalnız mühərrik üçün ehtiyat hissəsi ala bilər. “İran Air” şirkəti 2021-ci ilə kimi ehtiyat hissələri ilə yanaşı, yeni texnologiyalar almaq hüququna malikdir.

Xatırladaq ki, İranın aviasiya şirkəti Avropanın ən böyük təyyarə istehsalçısı olan ATR korporasiyası ilə 20 sərnişin təyyarəsinin alınması barədə müqavilə imzalayıb. Müqaviləyə əsasən İran 5 təyyarə alıb. Lakin ABŞ-da D.Trampın sanksiya siyasəti qalan təyyarələrin alınmasına imkan verməyib.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.