İQTİSADİYYAT


ABŞ-İran gərginliyi neftin qiymətini son 3 həftənin maksimumuna yüksəldib

Bakı, 24 iyun, AZƏRTAC

ABŞ-İran gərginliyi “qara qızıl”ın qiymətini son 3 həftənin maksimumuna yüksəldib.

AZƏRTAC xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın İrana genişmiqyaslı əlavə sanksiyalar tətbiq ediləcəyini açıqlaması fonunda ABŞ-İran arasında davam edən siyasi gərginlik neftin qiymətinin son 3 həftənin maksimumuna qalxmasına səbəb olub.

Hazırda “Brent” markalı neftin bir barreli Londonun ICE birjasında 64,80 dollardan, “Light” neftinin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 57,40 dollardan baha satılır.

Xatırladaq ki, iyunun ortalarında neftin qiyməti son 5 ayın ən aşağı səviyyəsinə düşmüşdü. Lakin son bir həftədə “qara qızıl”ın qiyməti 3-4 dollar/barrel bahalaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.