DÜNYA


ABŞ İranın neft-kimya sənayesinə qarşı sanksiyalar tətbiq edib

Vaşinqton, 17 iyun, AZƏRTAC

Bayden administrasiyası Çin və Birləşmiş Ərəb Əmirliklərində İran neft-kimya istehsalçıları şəbəkəsini İran neft-kimya məhsullarının beynəlxalq satışında vasitəçilik etməkdə ittiham edərək sanksiyalar tətbiq edib.

AZƏRTAC yerli KİV-ə istinadən xəbər verir ki, sanksiyaları Dövlət və Xəzinədarlıq departamentləri elan edib, bu şəbəkəni İrana sanksiyalardan yayınmağa kömək etməkdə və onun neft-kimya məhsullarının Çinə və Şərqi Asiyanın digər dövlətlərinə satışını dəstəkləməkdə ittiham edib.

Sanksiyalar İranda üç neft-kimya istehsalçısını, və İranın neft məhsullarının digər ölkələrə satışda ittiham olunan Honq-Konqda iki və Birləşmiş Ərəb Əmirliklərində dörd şirkəti hədəfə alır. Həmçinin Çin vətəndaşı Cinqfenq Qao və Hindistan vətəndaşı Mohamməd Şahid Ruknuddin Bor da ABŞ-da onların adına olan bütün aktivlərini donduran və amerikalıların onlarla biznes qurmasına mane olan sanksiyalara məruz qalıb.

AZƏRTAC-ın Vaşinqton bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.