SİYASƏT
ABŞ KONQRESİNİN 46 ÜZVÜ DAĞLIQ QARABAĞIN “FAKTİKİ MÜSTƏQİL” OLDUĞUNU BƏYAN ETMİŞDİR
“Mediamaks” agentliyi xəbər verir ki, ABŞ Konqresinin 46 üzvü Arkadi Qukasyanın “Dağlıq Qarabağ Respublikası”nın prezidenti vəzifəsinə yenidən seçilməsi ilə əlaqədar ona təbrik məktubu göndərmişdir. Məktubda deyilir: “Bu seçkilər DQR-in faktiki müstəqilliyini müəyyən dərəcədə təsdiqləyir. Respublikanın seçilmiş hakimiyyət orqanları tərəfindən idarə olunmasının 10 ildən çox davam etməsinə baxmayaraq, beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ Respublikasını tanımaqdan hələ də imtina edir və seçkiləri hələ keçirilməzdən əvvəl etibarsız saymışdır”.
Konqresmenlər bildirmişlər: “İtaliya, Rusiya, Fransa, Böyük Britaniya və ABŞ-ın seçkilərin gedişini izləmiş müşahidəçiləri yekdilliklə bəyan etmişlər ki, seçkilər demokratik normalara müvafiq surətdə keçmişdir. Səsvermə prosedurunda pozuntular, saxtalaşdırma və seçicilərə təzyiq halları olmamışdır. Seçkilərin bu cür dəqiq təşkili və demokratik dəyərlərə sadiqlik çox ümid verir və keçmiş SSRİ-nin digər respublikaları üçün yaxşı nümunə ola bilər”.
Məktubda deyilir: “Biz ianırıq ki, Qarabağ münaqişəsinə son qoymağa və sülh danışıqlarını ATƏT-in himayəsi ilə davam etdirmək üçün səmərəli fəaliyyət göstərməyə məhz seçilmiş rəhbərlik qadirdir”.