DÜNYA


ABŞ Konqresi Ukraynaya 39,8 milyard dollar əlavə yardım ayrılmasına səs verə bilər

Bakı, 10 may, AZƏRTAC

ABŞ Konqresinin Nümayəndələr Palatası mayın 10-da Ukraynaya 39,8 milyard dollar həcmində əlavə yardımın ayrılması barədə sənədə razılıq verə bilər.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, demokrat-qanunvericilər artıq ABŞ Prezidenti Co Baydenin bu məqsəd üçün 33 milyard dollar ayrılması barədə sorğusunu üstələyən təkliflə razılaşıb. Senat liderləri də qanun layihəsinin prezident tərəfindən mümkün qədər tez imzalanması üçün cəld hərəkət etməyə hazır olduqlarını bildiriblər.

Xatırladaq ki, mayın 9-da Co Bayden Kiyevə hərbi yardım göstərilməsi prosesini asanlaşdırmaq məqsədilə “lend-liz” qanununu imzalayıb. Konqresin saytında dərc olunan sənədə əsasən, bu qanun ABŞ administrasiyasına 2023-cü maliyyə ili ərzində Ukraynaya və Şərqi Avropanın digər ölkələrinə hərbi texnika çatdırmaq hüququ verir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.