DÜNYA


ABŞ Konqresində İran ilə müharibəni qadağan edən qanun layihəsi hazırlanır

Tehran, 10 aprel, AZƏRTAC

ABŞ Konqresində İran ilə müharibəni qadağan edən qanun layihəsi hazırlanır.

AZƏRTAC xəbər verir ki, rəsmi Vaşinqtonun İran ordusunun əsas hissəsini təşkil edən İran İslam Keşikçiləri Korpusunu terror təşkilatları siyahısına salması, ardınca isə İranın ABŞ ordusunu terror təşkilatı, əsgərlərini terrorçu elan etməsi onsuz da gərgin olan münasibətləri daha da gərginləşdirib. Vəziyyətin müharibə astanasında olması ABŞ-da da narahatçılıq yaradıb. Demokrat senator Tom Yudal prezident administrasiyasına İran ilə müharibəni qadağan edən qanun layihəsi hazırlayıb. Qanun layihəsini demokratlar partiyasından olan 10 senator və Rendi Pol adlı respublikaçı senator dəstəkləyirlər.

Qanun layihəsi prezident administrasiyasına Konqresin icazəsi olmadan İrana qarşı hərbi əməliyyatlara başlamağı qadağan edir. Bu layihə Senatın beynəlxalq məsələlər komitəsində müzakirəyə çıxarılacaq.

Tom Yudal öz mövqeyini “Tvitter” səhifəsində izah edib və bildirib ki, 16 il əvvəl prezident administrasiyası İraqa hərbi müdaxilə edərək müharibəyə başladı. Bu müharibə ABŞ üçün faciə ilə nəticələndi. Bu gün Konqres öz hüququndan istifadə edərək ölkəni yeni və mənasız müharibəyə cəlb etməyin qarşısını almalıdır.

Xatırladaq ki, qanun layihəsinin Konqresdə müzakirəyə çıxarılması üçün onun 51 konqresmen tərəfindən dəstəklənməsi lazımdır. Hələlik layihəni 11 konqresmen dəstəkləyir.

 

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.