DÜNYA


ABŞ Konqresində demokratların, Senatda isə respublikaçıların üstünlüyü var

Vaşinqton, 7 noyabr, AZƏRTAC

Birləşmiş Ştatların CNN, ABC, “FoxNews” kimi aparıcı telekanallarının proqnozlarına görə, noyabrın 6-da keçirilən aralıq seçkilərdə demokratlar respublikaçılar üzərində qələbə qazanaraq Nümayəndələr Palatasında lazımi miqdarda yer əldə ediblər. Bu üstünlük onlara Prezident Trampın təqdim etdiyi qanun layihələrini və təklifləri blok etmək imkanı verəcək.

AZƏRTAC xəbər verir ki, səsvermənin yerli vaxtla saat 23:30-a olan ilkin nəticələrinə görə, demokratlar Nümayəndələr Palatasında respublikaçılara məxsus olan 23 yerdən 19-nu qazana biliblər. Onlar Trampın vergi Bəyannaməsini və tərəflərin marağında olan digər məsələləri, həmçinin onun Səudiyyə Ərəbistanı, Rusiya və Şimali Koreya ilə bağlı xarici siyasətini təhqiq etmək hüququna malik olacaqlar.

Demokratlar, həmçinin ABŞ Prezidentini öz qanunvericilik iddialarından imtina etməyə, Meksika ilə sərhəd divarı çəkilməsinin maliyyələşdirilməsi vədindən, vergilərin azaldılması barədə ikinci böyük paketin qəbul edilməsindən və sərt ticarət siyasətindən vaz keçməyə məcbur edə biləcəklər.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.