DÜNYA


ABŞ Konqresinə İranla bağlı müraciət ünvanlanıb

Tehran, 29 mart, AZƏRTAC

Kanadanın, ABŞ-ın, Avropa ölkələrinin yüzlərlə elm və mədəniyyət xadimi tərəfindən Konqresə və 5+1 dövlətlər qrupuna məktubla müraciət ünvanlanıb.

AZƏRTAC xəbər verir ki, müraciəti imzalayanlar arasında ABŞ-ın nüfuzlu professoru Noam Xomskinin adı da var. ABŞ Konqresinə göndərilən məktubda İrana qarşı sanksiyalar antihumanist adlandırılıb.

Məktubda Konqres üzvlərindən xahiş olunur ki, prezident Donald Trampa təsir göstərərək İrana qarşı sanksiyaların aradan qaldırılmasına nail olsunlar. Qeyd olunub ki, İran koronovirusla gərgin mübarizə aparır və belə bir zamanda insanların tibbi preparatlara, dərmanlara və digər ləvazimatlara böyük ehtiyacı var.

 

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.