SİYASƏT


ABŞ Konqresinin binası qarşısında etiraz aksiyası keçirilib

Vaşinqton, 14 mart, AZƏRTAC

Martın 13-də Vaşinqtonda Kapitoliya binası qarşısında “ayaqqabı” aksiyası keçirilib. Konqresin binası qarşısındakı çəmənliyə 7000 cüt uşaq ayaqqabısı düzülüb. Uşaq ayaqqabıları 2012-ci ildə Konnektikut ştatındakı “Sendi-Huk” məktəbində kütləvi qətldən başlayaraq, son 5 ildən bir qədər artıq müddətdə 7000 uşağın öldürülməsinin rəmzidir. Etiraz aksiyası “Avaaz” qlobal təşəbbüskarlıq təşkilatı tərəfindən təşkil edilib. Bu ictimai təşkilatın fəalları ABŞ Konqresinin binası qarşısına düzdükləri ayaqqabıları bütün ölkə ərazisindən toplayıblar. Fəallar ölkə qanunlarının qəbul edildiyi binanın qarşısına uşaq ayaqqabılarını düzməklə hakimiyyət orqanlarının diqqətini silah satışı və onun əldə edilməsinin mümkünlüyü barədə qanunları dəyişməyin zəruri olmasına cəlb etməyə çalışırlar.

“Avaaz” təşkilatı 7000 rəqəmini Xəstələnməyə Nəzarət Mərkəzinin statistikası ilə əsaslandırıb. Mərkəzin hesabatında bildirilir ki, odlu silahla atəşaçmadan istifadə edilməklə zorakılıq nəticəsində hər il 1300 uşaq həyatını itirir.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.