DÜNYA
ABŞ Latın Amerikası regionunda daha bir Çin zondu aşkarlayıb VİDEO
Bakı, 4 fevral, AZƏRTAC
Birləşmiş Ştatlar Latın Amerikası ərazisi üzərində Çin kəşfiyyat zondu olduğu ehtimal edilən daha bir hava şarı aşkarlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə CNN telekanalı Pentaqonun sözçüsü Patrik Rayderə istinadən məlumat yayıb.
"Biz Latın Amerikası üzərində bir şarın hərəkət etməsi ilə bağlı xəbəri izləyirik. Təxmin edirik ki, bu, başqa bir Çin kəşfiyyat şarıdır", - deyə o qeyd edib.
Obyektin hansı ölkə ərazisində göründüyü barədə dəqiq məlumat verilməyib. CNN-in məlumatına görə, hava şarının ABŞ-a doğru irəlilədiyinə dair hələlik heç bir dəlil yoxdur.
Qeyd edək ki, bundan öncə ABŞ ərazisində Çinə məxsus hava şarı aşkarlanıb. Çin tərəfi zondun meteoroloji tədqiqatlar aparmaq üçün istifadə olunduğunu və güclü külək nəticəsində idarəetməni itirərək ABŞ hava məkanına keçdiyini bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [17:54]
Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?
- 23.04.2024 [16:50]
Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb
- 23.04.2024 [16:47]
Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar
- 23.04.2024 [16:43]
Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq
- 23.04.2024 [16:33]
Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb
- 23.04.2024 [16:16]
Britaniya Ukraynaya ən böyük hərbi yardım paketini elan edəcək
- 23.04.2024 [16:14]
Pakistan iqtisadiyyatında artım müşahidə olunur
- 23.04.2024 [15:57]