DÜNYA


ABŞ MƏHKƏMƏSİ QURANA AND İÇMƏK HÜQUQUNU QORUMAĞA İCAZƏ VERMİŞDİR

AZƏRTAC Assoşieyted Press Agentliyinə istinadla xəbər verir ki, ABŞ-ın Şimali Karolina ştatının Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinə Bibliya ilə yanaşı, Qurana və ya hər hansı digər dini kitaba da şahid andı içməyi qanuni saymağı tələb edən iddiaya baxmağı bir vəzifə kimi tapşırmışdır.

İddia 2005-ci ilin iyulunda müsəlman xanım Sidiyah Mətinin və Amerika Vətəndaş Azadlıqları İttifaqının (AVAİ) adından verilmişdir. İddiaçılar bildirirlər ki, şahidlərdən Bibliyaya and içməyi tələb edən qanun vətəndaşların konstitusiya hüquqlarını pozur, çünki xristianlığın digər konfessiyalar üzərində üstünlüyünü təsdiqləyir.

2005-ci ilin dekabrında birinci instansiya məhkəməsi iddianın qəbul olunmasından imtina etmişdir, çünki qanunvericilikdə ziddiyyətlər tapmamışdır. Lakin Apelyasiya Məhkəməsi iddiaçıların işə məhkəmədə baxılmasına nail olmaq hüququnu tanımışdır.

AVAİ nümayəndəsi bildirmişdir ki, hökumət müəyyən dini dəyərləri digər dini dəyərlərin xeyrinə dəstəkləməməli, dindar vətəndaşlara onların inamının əsaslandığı dini kitaba and içmək hüququ verməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.