DÜNYA
ABŞ MOSKVANI VƏ TBİLİSİNİ BARIŞDIRMAĞA HAZIRDIR
ABŞ Rusiya ilə Gürcüstan arasında münasibətlərin sahmanlanmasına kömək etməyə hazır olduğunu bildirmişdir. AZƏRTAC xəbər verir ki, Röyter agentliyinin yaydığı məlumata görə, dövlət katibi Kolin Pauell Vaşinqtonda səfərdə olan Gürcüstan Prezidenti Mixail Saakaşvili ilə görüşdən sonra demişdir: “Çox istərdik ki, vəziyyəti yüngülləşdirək, gərginliyi və fitnəkarlıqlara meyli aradan qaldıraq, tərəfləri dialoqa qaytaraq”.
K.Pauellin sözlərinə görə, Birləşmiş Ştatlar Moskva ilə Tbilisi arasında fikir ayrılıqlarının nizama salınmasına kömək göstərən “üçüncü tərəf” rolunda çıxış etməyə hazırdır. Dövlət katibi vurğulamışdır ki, söhbət vasitəçilikdən deyil, daha çox, bu prosesdə məsləhətçi kimi iştirak etməkdən gedir.
ABŞ diplomatiyasının başçısı həmçinin bəyan etmişdir ki, o, indiki vəziyyəti böhran kimi qiymətləndirmir. K.Pauell demişdir: “Məncə, müəyyən gərginlik var, amma güman etmirəm ki, biz, bəzilərinin düşündüyü kimi, böhranın astanasındayıq”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [15:09]
İsrail ordusu “Hizbullah”ın iki komandirinin öldürüldüyünü bildirib
- 23.04.2024 [15:04]
Fransadan Britaniyaya keçməyə çalışan beş miqrant həlak olub
- 23.04.2024 [14:25]
Türkiyə ordusu İraq və Suriyada 19 terrorçunu zərərsizləşdirib
- 23.04.2024 [14:23]
Ərdoğan: Ümid edirəm ki, Ermənistan düzgün yol seçər və yeni dövr başlayar
- 23.04.2024 [13:05]
Pakistan və İran terrorizmlə mübarizə üçün birgə plan hazırlayacaq
- 23.04.2024 [12:20]