SİYASƏT


ABŞ MÜTƏXƏSSİSLƏRİ RUSİYADA ƏHALİNİN AZALACAĞINI PROQNOZLAŞDIRIRLAR

ABŞ-ın “Əhali bürosu” ictimai təşkilatının hazırladığı yeni məruzədə göstərilir ki, Rusiyanın indi təxminən 145 milyon olan əhalisi 2025-ci ilədək 136,9 milyon, 2050-ci ilədək isə 119,1 milyon nəfərədək azalacaqdır.

Mütəxəssislərin hesablamalarına görə, 25 ildən sonra dünyada təqribən 7,9 milyard, yarım əsrdən sonra isə, demək olar, 9,2 milyard insan yaşayacaqdır. Bu, həmin büronun istinad etdiyi ictimai təşkilatların proqnozlarına uyğun gəlir.

Amerikalı müəlliflər hesab edirlər ki, doğum səviyyəsinin sabit olması və xeyli mühacir gəlməsi sayəsində ABŞ-ın əhalisi 2050-ci ildə 422 milyon nəfərə çatacaqdır. Proqnozlara görə, inkişaf etməkdə olan ölkələrdə, xüsusən Asiya və Afrikada əhali daha sürətlə artacaqdır. Məsələn, 2050-ci ilədək Hindistanda 1,6 milyard insan yaşayacaqdır ki, bu da Çindəkindən (1,4 milyard adam) xeyli çoxdur.

Məruzədə deyilir ki, Avropada əhalinin getdikcə azaldığı müşahidə olunur. İndi bu qitədə təxminən 727 milyon insan var. 2025-ci ilədək onların sayı 722 milyon, daha 25 il sonra isə 664 milyon nəfər olacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.