DÜNYA


ABŞ-Meksika sərhədində yeni səddin 400 kilometrlik hissəsi çəkilib

Bakı, 12 iyul, AZƏRTAC

ABŞ və Meksika sərhədində inşa edilən yeni səddin uzunluğu təxminən 400 kilometrə çatır. İlin sonunadək daha 330 kilometr sədd çəkiləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün “Twitter” səhifəsində yazıb.

“İndiyə qədər cənub sərhədindəki yeni səddin 240 mil (386 kilometr) uzunluğa malik hissəsi tikilib. İlin sonunadək 450 mildən (727 kilometr) çox hissə hazır olacaq”, - deyə ABŞ prezidenti bildirib.

Ötən ilin dekabr ayında Pentaqon 2020-ci ilin sonlarına qədər Arizona ştatında Meksika ilə sərhəd boyu səddin bir hissəsinin tikiləcəyini bildirib. İnşaat işlərinin həcmi 400 milyon dollar təşkil edir. ABŞ-Meksika sərhədinin uzunluğu 3014 kilometrdir.

Qeyd edək ki, Donald Trampın prezidentliyi dövründə qanunsuz mühacirlərlə mübarizə güclənib. Onların ölkəyə daxil olmasının qarşısının alınması və Birləşmiş Ştatlara keçə bilənlərin deportasiyası üzrə işlər aktivləşib. Donald Tramp hələ 2016-cı ildə seçkiöncəsi kampaniyası zamanı öz tərəfdarlarına daha sərt miqrasiya siyasəti aparacağını və sərhəd nəzarətini gücləndirəcəyini vəd edib. Ağ ev rəhbərinin fikrincə, qanunsuz mühacirlər cinayətkardır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.