DÜNYA


ABŞ “Nord Stream 2”nin iştirakçısı olan şirkətlərə sanksiya tətbiq etməyəcək

Bakı, 21 sentyabr, AZƏRTAC

ABŞ “Şimal axını 2” (“Nord Stream 2”) boru kəməri layihəsinin iştirakçısı olan şirkətlərə sanksiya tətbiq etməyəcək.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp deyib.

“Şirkətlərə sanksiya tətbiq etməyəcəyik. Biz bu layihənin alman xalqı üçün böyük bədbəxtlik olduğuna inanırıq. Almaniya Rusiyaya milyardlarla dollar ödəyir. Düşünürəm ki, bu, gülünc vəziyyətdir. Əminəm ki, alman xalqı bu vəziyyətdən çox məmnun deyil”, - deyə o bildirib.

Qeyd edək ki, ümumilikdə 10 milyard dollara başa gələcək və 1230 kilometr uzunluğundakı “Nord Stream 2” boru qaz kəməri Baltik dənizindən keçməklə Rusiyadan Almaniyaya ildə 55 milyard kubmetr qaz nəql edəcək. “Gazprom”la yanaşı, “Shell”, “OMV”, “Engie”, “Uniper” və “Wintershall” kimi enerji şirkətləri layihənin əsas tərəfdaşlarındandır. Boru kəmərinin Finlandiya hissəsində boruların döşənməsinə başlanılıb.

“Gazprom” şirkəti “Şimal axını 2” təbii qaz boru kəməri layihəsinin 2019-cu ilin sonunadək başa çatdırılacağını açıqlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.