DÜNYA


ABŞ Okinavada “HIMARS” reaktiv yaylım atəş sistemi yerləşdirməyi planlaşdırır

Tokio, 3 yanvar, AZƏRTAC 

ABŞ Silahlı Qüvvələri Yaponiyanın Okinava prefekturasında “HIMARS” reaktiv yaylım atəş sistemi (RYAS) yerləşdirməyi və cari il ərzində onun tətbiqi ilə ilk təlimlər keçirməyi planlaşdırır.

AZƏRTAC xəbər verir ki, bu barədə “Sankei Shimbun” qəzeti məlumat yayıb.

Məlumatda qeyd edilir ki, sistemin quraşdırılması zamanı 300 kilometr radiusa malik ATACMS ballistik raketlərindən istifadə olunması nəzərdə tutulur. Həmin raketlərdən dənizdə və quruda hədəflərin vurulması üçün istifadə edilə bilər. Bu sistem hərbi-nəqliyyat aviasiyası ilə daşına bildiyinə görə çox mobil hesab edilir. Kompleksin yerləşdirilməsi ilə ABŞ ordusunun I korpusunun məşğul olacağı bildirilir.

Nəşrin məlumatına görə, kompleksin yerləşdirilməsində məqsəd Çinin son illər dənizdə artan fəallığına qarşı cavab tədbirlərinin görülməsidir. Bundan əlavə, həmin komplekslər Yaponiya özünümüdafiə qüvvələrinə uzaq sərhədlərin mühafizəsini möhkəmləndirməyə imkan yaradacaq. Məsələn, Miyako adası Okinavadan 300 kilometr məsafədə yerləşir. Yaponiyanın malik olduğu “dəniz-gəmi” raket qurğuları isə cəmi 200 kilometr radiusda məsafəni əhatə edir.

Yaponiya son illər öz uzaq sərhədlərinin təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət yetirir. Bu yaxınlarda sərhədlərin müdafiəsini təmin etmək üçün iki min nəfərlik heyətə malik xüsusi Mobil Amfibiya Qüvvələri yaradılıb.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.