DÜNYA
ABŞ PREZİDENTİ: NATO ÖLKƏLƏRİ, GÜMAN Kİ, İRAQA ƏLAVƏ ƏSGƏR GÖNDƏRƏ BİLMƏYƏCƏKLƏR
O demişdir: “Zənnimcə, İraqda hərbi əməliyyatlarda iştirak etmiş NATO ölkələrinin əksəriyyəti öz imkanlarında artıq son həddə çatmışdır, iştirak etməyənlər isə bu ölkəyə qoşun göndərməyə maraq göstərmirlər”. Bununla yanaşı, C.Buş ümidvar olduğunu vurğulamışdır ki, bəzi dövlətlər İraqın təhlükəsizlik qüvvələrinin hazırlanmasına, hər halda, kömək göstərə bilərlər.
O, həmçinin söz vermişdir ki, ABŞ Kürd İşçi Partiyasının (PKK) İraqın şimalındakı bazalardan keçirdiyi silahlı basqınlarla bağlı problemin həllində Türkiyə ilə əməkdaşlıq edəcəkdir. Buş demişdir ki, PKK problemi ABŞ, Türkiyə və İraqın yeni hökuməti tərəfindən birlikdə həll olunacaqdır.
Ağ evin başçısı bu gün axşam Türkiyəyə birgünlük rəsmi səfərə gəlir. Onu dövlət katibi Kolin Pauell, milli təhlükəsizlik məsələləri üzrə müşavir Kondoliza Rays müşayiət edirlər. Səfər zamanı ABŞ Prezidenti türkiyəli həmkarı Əhməd Necdət Sezər, baş nazir Rəcəb Tayyib Ərdoğan ilə görüşəcəkdir. Ankarada danışıqlardan sonra Buş İstanbula gedəcəkdir. Burada iyunun 28-29-da NATO-nun zirvə toplantısı keçiriləcəkdir.