DÜNYA
ABŞ PREZİDENTİ RADİO VƏ TELEVİZİYADA ƏDƏBSİZLİYƏ GÖRƏ CƏZALARIN KƏSKİNLƏŞDİRİLMƏSİ HAQQINDA QANUN İMZALAMIŞDIR
C.Buş demişdir: “Valideynlər çətinlik çəkirlər, çünki onlar uşaqlarını bayağı və şit əyləncələrə şərait yaradılan mühitdə tərbiyə etməyə məcburdurlar”. Prezident valideynlərin əlində televizoru söndürmək üçün düymə kimi “səmərəli vasitə” olduğunu yada salaraq vurğulamışdır ki, efirin məzmununu müəyyən edən yayım şirkətləri də böyüməkdə olan nəslin tərbiyəsinə görə məsuliyyət daşıyırlar. C.Buşun sözlərinə görə, əgər bir neçə il əvvəl federal hakimiyyət orqanları əhalidən ekranlarda ədəbsizliklə bağlı yüzlərlə şikayət məktubu alırdılarsa, indi bu müraciətlərin sayı minlərlədir. Prezident demişdir ki, yeni qanun proqramların ədəblilik səviyyəsini müəyyənləşdirən standartı dəyişmir, yalnız hakimiyyət orqanlarına pozucularla daha ciddi davranmağa və efiri bayağılıqdan təmizləməyə imkan verəcəkdir.
Qanunun yerinə yetirilməsinə federal əlaqə komissiyası nəzarət edəcəkdir.