ABŞ PREZİDENTİ RAMAZAN BAYRAMI MÜNASİBƏTİLƏ MÜSƏLMANLARI TƏBRİK ETMİŞDİR
AzerTAg.az
Prezident Corc Buş müqəddəs Ramazan bayramı münasibətilə Birləşmiş Ştatlarda və dünyada yaşayan müsəlmanları təbrik etmişdir.
ABŞ-ın ölkəmizdəki səfirliyindən AZƏRTAC-a daxil olmuş təbrikin mətnində deyilir ki, mənəvi paklıq ayı olan müqəddəs Ramazan müsəlmanlara imanları barədə fikirlərini cəmləşdirmək və Allahın buyurduqlarına əməl etmək üçün imkan yaradır, oruc tutmaqla, dərindən düşünməklə, namaz qılmaqla, xeyriyyə işləri görməklə dünya müsəlmanları həyatlarını doğruluq, vəhdət və mərhəmətlə keçirməyə dair fikirlərini təzələyirlər.
Təbrik məktubunda daha sonra deyilir: Tariximiz boyu müxtəlif dinlərə mənsub olan xalqlar bizim millətimizin xarakterini formalaşdırıblar. İslam sülhsevər bir dindir və onu təbliğ edən insanlar millətimizi və bütün dünyanı zənginləşdiriblər. Amerikalılar kimi, biz din azadlığımızı qoruyub saxlayırıq və bütün dinlərin nümayəndələrini qəbul edirik. Azadlıq və qarşılıqlı anlaşmanı birgə inkişaf etdirərək, biz ümid və imkanlara daha parlaq gələcək yaradırıq.
Prezident Corc Buşun təbriki bu sözlərlə bitir: “Laura mənim ən xoş arzularıma qoşulur. Ramazan bayramınız mübarək olsun”.
Xəbərin mətnində orfoqrafik səhv var