DÜNYA


ABŞ Prezidenti Rusiya-Ukrayna sərhədindəki vəziyyəti Avropa liderləri ilə müzakirə edib

Bakı, 25 yanvar, AZƏRTAC

ABŞ Prezidenti Co Bayden Avropa liderləri ilə videozəng vasitəsilə danışıb.

AZƏRTAC Ağ evin saytına istinadla xəbər verir ki, söhbət zamanı onlar Ukrayna sərhədlərində Rusiya ordusunun toplanması ilə bağlı narahatlıqlarını təkrar dilə gətiriblər, Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiklərini ifadə ediblər. Liderlər mövcud gərginliyin diplomatik yolla həlli üçün ortaq istəklərini vurğulayıblar və Rusiya ilə müxtəlif formatlarda son danışıqları nəzərdən keçiriblər. Onlar Avropa İttifaqı, NATO və ATƏT vasitəsilə işləmək də daxil olmaqla, transatlantik müttəfiqlər və tərəfdaşlarla sıx məsləhətləşmələri davam etdirməyi öhdəliyə götürüblər.

Qeyd edək ki, videozəngdə Avropa Komissiyasının sədri Ursula fon der Leyen, Avropa Şurasının Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şoltz, İtaliyanın Baş naziri Mario Draqi, NATO-nun Baş katibi Yens Stoltenberq, Polşa Prezidenti Anjey Duda və Böyük Britaniyanın Baş naziri Boris Conson iştirak ediblər .

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.