DÜNYA


ABŞ Prezidenti Donald Tramp Ağ evdə ilk iftar verib

Bakı, 7 iyun, AZƏRTAC

Təxminən ilyarım əvvəl ABŞ prezidenti vəzifəsinin icrasına başlayan Donald Tramp Ağ evdə ilk iftarını verib.

AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, iftar yeməyinə əhalisinin əksəriyyəti müsəlman olan bəzi ölkələrin Vaşinqtondakı xarici missiya təmsilçiləri dəvət olunub. Ağ evdəki ənənəni pozaraq ötən il iftar verməyən Donald Tramp bu il Vaşinqtondakı xarici missiya təmsilçilərini dar çərçivədə qonaq edib.

Ağ ev dəvətçilərin siyahısını dərc edilməsə də, oradakı mənbənin məlumatına görə, proqrama Səudiyyə Ərəbistanı, İordaniya, Misir, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Tunis, İraq, Qətər, Bəhreyn, Əlcəzair və Liviyanın diplomatik nümayəndələri dəvət olunub.

İftardan əvvəl çıxış edən ABŞ lideri bütün İslam aləmini təbrik edib və əhalisinin əksəriyyəti müsəlman olan ölkələrin nümayəndələrini Ağ evdə qarşılamaqdan məmnunluğunu bildirib. İlk xarici səfərini Yaxın Şərqə etdiyini və Səudiyyə Ərəbistanında olduğunu xatırladan Tramp hamı üçün təhlükəsizlik və rifahın olduğu bir gələcəyə yalnız səyləri birləşdirərək çatmağın mümkünlüyünü qeyd edib.

Digər tərəfdən həm Trampın İslam əleyhinə fikirlərinə, həmçinin Ağ evdəki iftara dəvət edilməmələrinə etiraz edən müsəlmanların bəzi qeyri-hökumət təşkilatları “Lafayette Park”da alternativ iftar yeməyi təşkil ediblər. Bu iftara Amerika-İslam Əlaqələri Şurası və Şimali Amerika İslam Cəmiyyəti kimi ABŞ-ın öndə gedən təşkilatlarının nümayəndələri qatılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.