DÜNYA


ABŞ Prezidenti Donald Tramp İrana təşəkkür edib

Tehran, 8 dekabr, AZƏRTAC

Ədalətli danışıqlara və ABŞ vətəndaşını azadlığa buraxdığına görə ABŞ Prezidenti Donald Tramp İrana təşəkkür edib.

AZƏRTAC xəbər verir ki, aparılan danışıqların nəticəsində əldə olunan razılaşmaya görə, ABŞ-da həbs olunan iranlı alim Məsud Süleymani və İranda həbs olunan Suyzan Vanqa azadlığa buraxılıblar. Bundan sonra ABŞ prezidenti D. Tramp “Twitter” hesabında İrana təşəkkürünü bildirərək yazıb ki, Barak Obamanın prezidentliyi dövründə İranda həbs edilən Syuzan Vanqa Prezident Donald Trampın dövründə azadlığa çıxdı. Bu hadisə onu göstərir ki, rəsmi Tehran ilə Vaşinqton danışıqlar masası arxasında müzakirələr aparıb razılıq əldə edə bilərlər.

Qeyd edək ki, ABŞ-ın dövlət katibi Maykl Pompeo da İran ilə danışıqların konstruktiv və ədalətli aparıldığını bildirib.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.