DÜNYA


ABŞ Prezidenti Qəzzada əldə olunan atəşkəsə görə misirli həmkarına təşəkkürünü bildirib

Qahirə, 8 avqust, AZƏRTAC

Birləşmiş Ştatların Prezidenti Cozef Bayden öz bəyanatında Qəzzada atəşkəsə nail olunmasında əsas səylərinə görə misirli həmkarı Əbdülfəttah əs-Sisiyə təşəkkürünü bildirib. O, həmçinin üç gün ərzində mülki şəxslərin həlak olması ilə bağlı aparılacaq təhqiqata da dəstəyini ifadə edib.

AZƏRTAC xəbər verir ki, ABŞ administrasiyasının 72 saat ərzində Misir, İsrail, Fələstin, Qətər və İordaniya liderləri ilə sıx təmasda olduğunu qeyd edən Cozef Bayden, eyni zamanda, atəşkəsə nail olunmasında səylərinə görə Qətər Əmiri Şeyx Tamim bin Hamad Al Taniyə də təşəkkür edib. Ağ evin başçısı tərəfləri atəşkəs rejiminə əməl etməyə və mülki şəxslərin həlak olması ilə bağlı təhqiqatın obyektiv aparılmasına şərait yaratmağa çağırıb. ABŞ Prezidenti bildirib ki, İsrail hərbçilərinin Qəzza ərazisindən atılan yüzlərlə raketi zərərsizləşdirməsi və mülki obyektləri uğurla qoruması da təqdirəlayiqdir.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.