DÜNYA


ABŞ Prezidenti “Taliban” hərəkatı ilə danışıqlara nikbin yanaşır

Bakı, 6 fevral, AZƏRTAC

Əfqanıstandakı vəziyyətin nizamlanması üzrə danışıqlarda əldə olunacaq uğurlar ABŞ-ın bu ölkədəki hərbi kontingentinin sayını azaltmağa imkan verəcək.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Prezidenti Donald Tramp bu barədə ABŞ Konqresində “Ölkədəki vəziyyətlə bağlı” ənənəvi müraciəti zamanı deyib.

“Administrasiyam Əfqanıstandakı bəzi birləşmələrlə, o cümlədən “Taliban” hərəkatı ilə konstruktiv danışıqlar aparır. İrəliləyişə nail olduğumuz vaxt bu ölkədəki qoşunlarımızın sayını azaldaraq səylərimizi terrorla mübarizəyə cəmləyə bilərik”, - deyə ABŞ lideri bildirib.

“Yekun sənədə nail olub-olmayacağımızı bilmirəm, lakin 20 ilə yaxındır ki, davam edən müharibədən sonra, ən azı sülhə nail olmağa cəhd etməliyik”, - deyə Donald Tramp əlavə edib. Prezidentin sözlərinə görə, o, Əfqanıstan münaqişəsinin siyasi nizamlanmasına yönələn danışıqları sürətləndirib.

Qeyd edək ki, bir müddət öncə “Taliban” hərəkatı ilə Dohada keçirilən danışıqlarda ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi olan Zalmay Xəlilzad “The New York Times” qəzetinə müsahibəsində sülh sazişi çərçivəsində tərəflər arasında prinsipial razılaşmaların əldə olunduğunu bildirmişdi. Razılaşmaya əsasən, taliblər terror qruplaşmalarını Əfqanıstan ərazisində gizlətməyəcəyinə təminat verib. Bu, “Taliban” hərəkatı ilə Kabil arasında bağlanacaq atəşkəs və danışıqlara cavab olaraq ABŞ qoşunlarının ölkədən tam çıxarılması ilə nəticələnə bilər.

Qeyd edək ki, rəsmi məlumata əsasən, hazırda Əfqanıstanda 14 minə yaxın amerikalı hərbçi xidmət edir. Onlar hərbi əməliyyatlardan əlavə, ölkənin güc strukturlarının hazırlığı ilə məşğul olur. Əfqanıstanda NATO-ya üzv ölkələrin təxminən 16 min nəfərlik kontingenti də dislokasiya olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.