DÜNYA


ABŞ Prezidenti Türkiyənin maliyyə nazirini qəbul edib

Bakı, 16 aprel, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda işgüzar səfərdə olan Türkiyə nümayəndə heyətinin rəhbəri Berat Albayrakı qəbul edib.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, B.Albayrak sosial şəbəkədəki hesabında ABŞ Prezidenti ilə keçirilən görüşün məhsuldar olduğunu bildirib. Onun sözlərinə görə, Birləşmiş Ştatların maliyyə naziri Stiv Mnunçin və ABŞ Prezidentinin müşaviri Cared Kuşnerin də iştirak etdiyi görüşdə iki ölkə arasında maliyyə və ticarət sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib.

Türkiyənin ticarət naziri Ruhsar Pekcan və müdafiə naziri Hulusi Akarın da daxil olduğu nümayəndə heyəti Vaşinqtonda ticarət və maliyyə məsələləri ilə yanaşı, hərbi sahədə əlaqələri də müzakirə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.