DÜNYA


ABŞ Prezidenti süni intellektin inkişafına əlavə vəsait ayrılmasına dair sərəncam imzalayacaq

Bakı, 11 fevral, AZƏRTAC

ABŞ Prezidenti Donald Trampın federal hökumət təşkilatlarının süni intellektin tədqiqi, təbliği və inkişafına əlavə vəsait ayırması barədə sərəncam imzalayacağı gözlənilir.

AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, ABŞ administrasiyası yeni – süni intellekt erasında müvafiq məlumat bazasının yaradılması, onun təhlükəsizliyinin təmin olunması və bu sahədə yüksək ixtisaslı kadrlar hazırlanması üzrə geniş fəaliyyətə başlamağı nəzərdə tutur. Vaşinqtonda hesab edirlər ki, kvant kompüter sisteminin hegemonluğunu təmin edəcək və bugünədək insanların yaradıcılıq səyləri ilə ərsəyə gətirdikləri məhsulların istehsalını həyata keçirəcək yeni texnologiya və proqramlar üzərində nəzarət məhz ABŞ-ın əlində olmalıdır. D.Tramp ötən həftə bildirib ki, bu istiqamətdə görüləcək işlərə böyük maliyyə vəsaitlərinin ayrılması məqsədilə qanunverici orqanın üzvləri ilə görüş keçirəcək. ABŞ Prezidenti əlavə edib ki, süni intellekt sahəsinə digər sənaye sektorlarından da kəsilən vəsaiti yönəltmək mümkündür. “Süni intellekt amerikalıların həyatının bütün sahələrini əhatə edəcək. Biz səylərimizi birləşdirərək bu texnologiyanın Amerika xalqının mənafeyinə xidmət göstərməsini təmin etməliyik”, -deyə Tramp vurğulayıb.

Ekspertlər bildirirlər ki, hazırda süni intellekt texnologiyalarının yaranması və inkişafı sahəsində ABŞ, Çin, Yaponiya, Böyük Britaniya arasında güclü rəqabət gedir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.