DÜNYA
ABŞ Prezidentinin COP-27 iqlim sammitində çıxışı zamanı kiçik insident olub
Qahirə, 12 noyabr, AZƏRTAC
Dünyanın müxtəlif ölkələrindən Misirin Şarm əl-Şeyx şəhərinə gəlmiş iqlim fəalları ABŞ Prezidenti Co Baydenin COP-27 iqlim sammitində çıxışı zamanı böyük plakat qaldıraraq, onun nitqini bir neçə saniyə ərzində dayandırıblar. Bu kiçik insident təhlükəsizlik xidməti əməkdaşlarının müdaxiləsindən sonra aradan qaldırılıb.
AZƏRTAC xəbər verir ki, tədbirin keçirildiyi konqres mərkəzinin ətrafında da Amerika Birləşmiş Ştatların iqlim dəyişikliyi ilə bağlı siyasətinə etiraz aksiyası olub. Amerika milyarderi Ceff Bezos və ABŞ-ın Rokfeller Fondunun dəstəyi ilə sammit çərçivəsində təşkil olunan tədbirlərin əhəmiyyətsiz olduğunu bildirən iştirakçılar “Dünya iqlim fəlakətinə yaxınlaşır və Bezos bizi xilas etməyəcək”, “Siyasətçilər planetimizi qaranlıq tunelə sürükləyir” kimi şüarlar səsləndiriblər.
Qeyd edək ki, bu gün COP-27 iqlim sammiti çərçivəsində “Kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi dayanıqlı inkişaf naminə” mövzusunda müzakirələr aparılır.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:54]
Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək
- 28.03.2024 [18:49]
Roma Papasının səhhəti yaxşılaşıb
- 28.03.2024 [18:45]
N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz
- 28.03.2024 [18:31]
Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib
- 28.03.2024 [18:26]
Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb
- 28.03.2024 [17:20]
Türkiyə Silahlı Qüvvələri son bir həftədə 38 terrorçunu zərərsizləşdirib
- 28.03.2024 [16:14]