DÜNYA


ABŞ Prezidentinin korteji qəzaya düşüb

Bakı, 15 may, AZƏRTAC

ABŞ Prezidentinin kortejində olan üç motosiklet Luiziana ştatında qəzaya düşüb. AZƏRTAC Bloomberq agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumatı və fotoşəkilləri dövlət başçısını səfərdə müşayiət edən jurnalist Cennifer Ceykobs özünün Twitter səhifəsində yerləşdirib.

Məlumatda bildirilib ki, Vaşinqtona uçmaq üçün Luiziana aeroportuna gedən Prezident Donald Trampın zirehli avtomobili qəzaya düşməsə də, kortejdə olan bir neçə zabit bədən xəsarətləri alıb. Onları yaxınlıqdakı xəstəxanaya çatdırıblar və sağlamlıq vəziyyətlərinin sabit olduğu bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.