DÜNYA
ABŞ RUSİYANI TƏNQİD EDİR
AZƏRTAC Röyter agentliyinə istinadla xəbər verir ki, ABŞ Rusiyanı İrana “Top-M1” zenit-raket kompleksləri satdığına görə tənqid etmiş və bunu “qeyri-münasib siqnal” adlandırmışdır.
ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Tom Keysi demişdir: “Hesab edirik ki, bu, İran hökumətinin həmin dövrdə, xüsusən də nüvə silahı hazırlamaq cəhdlərinə görə onların BMT sanksiyaları altında olduğu vaxtda almalı olduğu siqnaldır. Biz terrorizmin sponsoru olan hər hansı ölkəyə müəyyən hərbi yardım və ya dəstək göstərilməsini qəti şəkildə istəmirik. Dediyimiz kimi, İran dünyada terrorizmin əsas sponsorudur”.
ABŞ-ın şübhələrinə görə, İran dinc nüvə proqramı pərdəsi altında gizlicə nüvə silahı hazırlayır. İran isə bu ittihamları rədd edir.
Rusiya isə bildirmişdir ki, İranın müdafiə silahları almaq barədə gələcək xahişlərinə baxacaqdır.
Rusiyanın iri silah şirkətləri İrana və Suriyaya silahlar satdığına görə keçən il Vaşinqton onlara qarşı qadağalar qoymuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [17:20]
Türkiyə Silahlı Qüvvələri son bir həftədə 38 terrorçunu zərərsizləşdirib
- 28.03.2024 [16:14]
Latviyanın xarici işlər naziri istefa verib
- 28.03.2024 [15:42]
Gürcüstanda ailə quranların sayı 14,5 faiz azalıb
- 28.03.2024 [14:43]
Gürcüstan iqlim dəyişikliyi ilə mübarizəyə 3,7 milyard lari xərcləyəcək
- 28.03.2024 [14:37]
Nyu-York metrosunda zorakılıq halları artıb
- 28.03.2024 [14:35]
Sorğu: Bayden Trampı 3 faiz fərqlə qabaqlayır
- 28.03.2024 [14:13]