ABŞ SƏFİRLİYİ HƏMFRİ TƏQAÜDLƏRİ PROQRAMININ BAŞLANDIĞINI BİLDİRMİŞDİR
AzerTAg.az
ABŞ-ın Azərbaycandakı səfirliyi 2004-2005-ci illər üçün Həmfri təqaüdlərİ proqramının başlandığını elan etmişdir.
AZƏRTAC-ın səfirlikdən aldığı xəbərə görə, Həmfri proqramı kadr mübadiləsi formalarından biridir və onun sayəsində bir çox ölkələrin orta səviyyəli mütəxəssisləri elmi dərəcə almaq hüququ olmadan Birləşmiş Ştatlarda illik hazırlıq keçə bilərlər. Proqram Dövlət Departamenti tərəfindən maliyyələşdirilir.
ABŞ-ın ölkəmizdəki müvəqqəti işlər vəkili Nənsi MakELdauni qeyd etmişdir ki, Həmfri proqramı gənc Azərbaycan mütəxəssislərinin öz peşə vərdişlərini yüksəltməsi və beynəlxalq təcrübə ilə tanış olması üçün yaxşı imkandır. Onun sözlərinə görə, bu proqram sayəsində ABŞ mütəxəssisləri ilə onların əcnəbi tərəfdaşları arasında səmərəli və uzunmüddətli əməkdaşlıq yaranır.
Həmfri təqaüdləri respublikamızın ictimai və özəl sektorlarının 13 müxtəlif sahə üzrə namizədlərinə müsahibə əsasında ayrılacaqdır.
Mütəxəssislərdən ərizələr oktyabrın 9-dək qəbul ediləcəkdir.
Xəbərin mətnində orfoqrafik səhv var