DÜNYA


ABŞ Senatı Lloyd Ostinin müdafiə naziri vəzifəsinə namizədliyini təsdiqləyib

Bakı, 22 yanvar, AZƏRTAC

ABŞ Senatı istefada olan general Lloyd Ostinin müdafiə naziri postuna Prezident Cozef Bayden tərəfindən irəli sürülən namizədliyini təsdiqləyib.

AZƏRTAC Amerika KİV-lərinə istinadla xəbər verir ki, bundan əvvəl onun namizədliyini Senatın profil komitəsi dəstəkləyib. Ostin 2016-cı ildə istefaya gedib. O, generalın dördulduzlu ranqına malikdir.

Təsdiqlənəcəyi təqdirdə Ostin Pentaqona rəhbərlik edən ilk Afrika mənşəli amerikalı olacaq. O, Almaniyada və ABŞ-ın bir çox nöqtələrində xidmət edib, qərargah rəislərinin birləşmiş komitəsində işləyib. 2010-cu ildə Birləşmiş Ştatların İraqdakı qüvvələrinin komandanı olub.

2013-2016-cı illərdə ABŞ silahlı qüvvələrinin mərkəzi komandanlığına rəhbərlik edən Lloyd Ostin bu vəzifədə ölkəsinin İŞİD terror qruplaşmasına qarşı mübarizə strategiyasının hazırlanmasında mühüm rol oynayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.