DÜNYA


ABŞ Senatı Mark Esperin Müdafiə naziri təyinatını təsdiq edib

Bakı, 24 iyul, AZƏRTAC

ABŞ Senatı Mark Esperin Müdafiə naziri təyinatını təsdiq edib. AZƏRTAC CNN telekanalının saytına istinadla xəbər verir ki, ötən ilin dekabrında Prezident Donald Trampla fikir ayrılığı səbəbindən Ceyms Mattisin istefasından sonra Pentaqonda uzun müddət daimi rəhbər olmayıb. Yeni Müdafiə nazirin namizədliyi Senatın 90 üzvü tərəfindən dəstəklənib, 8 senator isə onun əleyhinə səs verib.

Mark Esper ordu veteranıdır və uzun müddət ordunun təchizatı ilə məşğul olan Raytheon”s şirkətinin vitse-prezidenti olub. Müdafiə nazirinin vəzifələrini icra edən Petrik Şenahan isə şəxsi problemlərlə əlaqədar bu vəzifədən gedib. Washington Post onun ailəsində zorakılıq halları ilə bağlı xəbər dərc etmişdi.

Donald Tramp daha bir sərəncamı ilə Devid Norquisti Müdafiə nazirinin müavini təyin edib və Senat bu təyinatı da təsdiq etməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.