ABŞ Senatı impiçment prosesində Donald Trampa bəraət verib
AzerTAg.az
14.02.2021 [01:04]
Bakı, 14 fevral, AZƏRTAC
ABŞ Senatı ölkənin sabiq Prezidenti Donald Trampın impiçmenti üzrə dinləmələr keçirib.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, müzakirələrdən sonra keçirilən impiçment üzrə yekun səsvermənin nəticəsinə görə Donald Tramp bəraət alıb. Donald Trampın impiçmenti üçün 100 senatorun 67-nin səsi lazım idi, lakin 57 senator impiçmentin lehinə, 43 senator isə bunun əleyhinə səs verib.
Qeyd edək ki, Donald Tramp qiyama təhrikdə ittiham edilirdi. Belə ki, yanvarın 6-da onun tərəfdarları Kapitoli binasına soxularaq Cozef Baydenin qələbə qazandığı prezident seçkilərinin nəticələrinin təsdiqinə müvəqqəti mane olmuşdular.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri
27.02.2021 [15:13]
27.02.2021 [13:29]
27.02.2021 [13:28]

MULTİMEDİA
27.02.2021 [16:11]
27.02.2021 [16:05]
27.02.2021 [15:29]
27.02.2021 [15:09]
27.02.2021 [14:04]
27.02.2021 [13:25]
27.02.2021 [16:09]
27.02.2021 [16:03]
27.02.2021 [16:01]
27.02.2021 [14:48]
27.02.2021 [14:46]
27.02.2021 [14:28]
27.02.2021 [13:04]
27.02.2021 [12:39]
27.02.2021 [11:39]
11.02.2021 [15:26]
11.02.2021 [10:44]
27.02.2021 [04:31]
26.02.2021 [17:25]
27.02.2021 [13:15]
27.02.2021 [12:15]
27.02.2021 [07:42]
27.02.2021 [16:23]
27.02.2021 [16:22]
27.02.2021 [15:44]
Xəbərin mətnində orfoqrafik səhv var