DÜNYA


ABŞ Senatı qondarma “erməni soyqırımı”nı tanıyan qətnamə layihəsini qəbul edib

İstanbul, 13 dekabr, AZƏRTAC

ABŞ Senatı 1915-ci il hadisələrini “erməni soyqırımı” kimi tanıyan qətnamə layihəsini qəbul edib.

AZƏRTAC xəbər verir ki, Demokratik Nyu Cersi senatoru Bob Menendez və Respublikaçı Texas senatoru Ted Cruz tərəfindən təqdim edilən layihə ABŞ Senatında qəbul olunub.

Türkiyənin Xarici İşlər Nazirliyindən bununla bağlı açıqlama verilib. Açıqlamada qəbul edilən layihənin tarixin siyasiləşməsinin utancverici nümunələrindən biri olduğu bildirilir.

Qeyd edək ki, daha əvvəl də təqdim edilən qətnamə layihəsinin qəbul edilməsi Ağ evin müdaxiləsi ilə səsverməyə çıxarılmamışdı.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.