DÜNYA


ABŞ Senatına "TikTok" sosial şəbəkəsini qadağan edən qanun layihəsi təqdim olunacaq

ABŞ Senatına

Bakı, 25 yanvar, AZƏRTAC

ABŞ Senatına "TikTok" sosial şəbəkəsini ölkə ərazisində qadağan edən qanun layihəsi təqdim olunacaq.

AZƏRTAC xəbər verir ki, Respublikaçılar Partiyasından senator olan Josh Hawley ABŞ Senatına “TikTok” sosial şəbəkəsinin bütün ölkə ərazisində istifadəsini qadağan edən qanun layihəsi təqdim edəcəyini açıqlayıb.

Onun sözlərinə görə, keçən ay Konqres “TikTok”u hökumət cihazlarında tətbiqini qadağan edib. İndi isə növbə həmin sosial şəbəkənin bütün ölkə ərazisində qadağan edilməsinə çatıb.

Bundan əvvəl Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns bildirmişdi ki, ABŞ kəşfiyyatı “TikTok”un ABŞ-ın milli təhlükəsizliyinə təhdid yaratdığına inanır. Onun fikrincə, Çin hakimiyyəti “TikTok”un amerikalı istifadəçilərinin şəxsi məlumatlarını əldə etmək, həmçinin bu sosial şəbəkədə hansı materialın yerləşdirilməsinə nəzarət etmək “bacarığına malikdir”. Börnsə görə, bu, narahatlıq üçün mühüm səbəbdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.