DÜNYA


ABŞ Senatında ölkənin dövlət borcunun yuxarı həddini artırmaq barədə razılıq əldə edilib

Vaşinqton, 8 oktyabr, AZƏRTAC

ABŞ Senatındakı demokratlar ölkənin dövlət borcunun yuxarı həddinin 480 milyard dollar artırılması barədə Respublikaçılar partiyasından olan həmkarları ilə razılığa gəliblər.

AZƏRTAC xəbər verir ki, Senatda çoxluq təşkil edən demokratların lideri Çarlz Şumerin sözlərinə görə, dövlət borcunun yuxarı həddinin dekabrın əvvəlinə qədər artırılması barədə razılıq əldə edilib. Senatda azlıq təşkil edən respublikaçıların lideri Mitç Makkonnell isə təsdiq edib ki, hökumətin fəaliyyətinə problemlər yaratmamaq üçün senatorlar bu məsələ barədə razılığa gəliblər.

Maliyyə Nazirliyinin hesablamalarına görə, dövlət borcunun yuxarı həddinin 480 milyard dollar artırılması dövlətin xərclərini dekabrın 3-dək ödəməyə imkan verəcək. Beləliklə, ABŞ-ın dövlət borcunun limiti 28,9 trilyon dollara çatacaq. Bu qərar Senat tərəfindən qəbul ediləndən sonra onu ABŞ Konqresinin Nümayəndələr Palatası da təsdiq etməlidir. Daha sonra müvafiq qanun layihəsi imzalanmaq üçün ABŞ Prezidenti Co Baydenə göndəriləcək.

AZƏRTAC-ın Vaşinqton bürosu 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.