DÜNYA


ABŞ Silahlı Qüvvələri və Taliban döyüşçüləri hərbi əməliyyatların azaldılması barədə razılığa gəliblər

Vaşinqton, 23 fevral, AZƏRTAC 

ABŞ Silahlı Qüvvələri və Taliban döyüşçüləri gözlənilən sülh sazişinin imzalanmasını təmin etmək üçün hərbi əməliyyatları bir həftə müddətində azaltmaq barədə razılığa gəliblər.

Bu barədə ABŞ Silahlı Qüvvələrinin generalı Ostin Skott Miller məlumat verib. O deyib: “Hazırkı əməliyyatlarımız müdafiə xarakteri daşıyır. Hücum əməliyyatlarımızı öhdəliklərimizin bir hissəsi olaraq dayandırmışıq”.

Miller qeyd edib ki, bu addımlar sadəcə sınaq dövrü üçün həyata keçirilir. Hökumət qüvvələrinə qarşı hücum olacağı təqdirdə ABŞ və Əfqanıstan özlərini müdafiə edə biləcəklər.

Azaldılmış hərbi fəaliyyət davam edəcəyi təqdirdə Birləşmiş Ştatlar və Taliban sülh sazişi imzayalarsa minlərlə amerikalı əsgər ABŞ-a qayıdacaq. Bunun müqabilində Taliban Əfqanıstanın müxtəlif siyasi partiyaları ilə danışıqlara başlayacağını və terrorçuların Qərbə hücum etməmələrini təmin edəcəyini vəd edib.

 

AZƏRTAC-ın Vaşinqton bürosu

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.