DÜNYA


ABŞ “Şimal axını-2” layihəsinin əleyhinədir

Berlin, 30 iyun, AZƏRTAC

ABŞ Avropaya qaz nəqli üçün “Türkiyə axını” kəmərinin ikinci xəttinin və Rusiya ilə Almaniyanı birbaşa əlaqələndirəcək “Şimal axını-2” qaz kəmərinin tikintisini tənqid edib.

AZƏRTAC xəbər verir ki, alman KİV-lərində təkrar çap edilmiş müvafiq bəyanat ABŞ Dövlət Departamenti tərəfindən yayılıb.

Bəyanatda deyilir: “Ötən həftə Amerika rəsmiləri vurğulayıblar ki, ABŞ Rusiyanın təşəbbüsü ilə “Şimal axını-2” qaz kəmərinin və “Türkiyə axını” kəmərinin ikinci xəttinin çəkilməsinə fəal etiraz edir. Bu, Avropanın Rusiya enerji ehtiyyatlarından asılılığını daha da kəskinləşdirəcək”.

Eyni zamanda Vaşinqton Azərbaycan və Türkiyə ərazisində “Cənub Qaz Dəhlizi” tikintisinin gedişində əldə olunmuş irəliləyişi bəyənir. Gözlənildiyinə görə, bu layihə Xəzərdən çıxarılan Azərbaycan qazını 2020-ci ilə qədər Avropaya çatdırmağa imkan verəcək. Bundan əlavə, Amerika administrasiyası Polşanın 2022-2042-ci illərdə ABŞ-dan maye təbii qaz satışı barədə kontrakt imzalamaq qərarını alqışlayır.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.