DÜNYA


ABŞ Şimali Koreyanın raket sınağına hazırlıq görməsindən şübhələnir

Bakı, 9 mart, AZƏRTAC

KXDR-in raket sınağına, yaxud kosmik buraxılışa hazırlıq gördüyü ehtimal olunur.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ milli ictimai radiosu peyk məlumatlarına istinadla informasiya yayıb.

DigitalGlobe kompaniyasının məlumatına əsasən, Pxenyan yaxınlığında yerləşən Sanumdon yaşayış məntəqəsi rayonundakı obyektdə böyük miqdarda xüsusi texnika qeydə alınıb. “Əgər hamısı birlilikdə götürülsə, bu, həqiqətən şimali koreyalıların raket quraşdırmasına bənzəyir”, - deyə Beynəlxalq Tədqiqatlar İnstitutunun mütəxəssisi Ceffri Lyuis radionun efirində bildirib.

Şimali Koreya problemləri ilə məşğul olan 38 North saytı və Amerika strateji və beynəlxalq tədqiqatlar mərkəzi bundan bir neçə gün əvvəl peyk çəkilişlərinə əsasən məlumat yaymışdı ki, KXDR Sanumdonda uzaq mənzilli raket buraxılışı kompleksinin yerləşdiyi Soxe obyektində fəallığı bərpa edə bilər.

ABŞ Prezidenti Donald Tramp deyib ki, əgər Şimali Koreyada raket sınaqları üçün poliqonun bərpası barədə KİV-in xəbərləri təsdiqini taparsa, bundan çox məyus olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.