DÜNYA


ABŞ Suriyadakı qoşunlarını İraq ərazisi vasitəsilə çıxaracaq

Bakı, 19 fevral, AZƏRTAC

ABŞ Suriyadakı qoşunlarını çıxarmaq üçün İraq ərazisindən istifadə edəcək.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bunu İraqın baş nazirinin müşaviri və onun administrasiyasının rəhbəri Əbdülkərim Haşim Mustafa bildirib. Onun sözlərinə görə, Bağdad və Vaşinqton bununla bağlı müvafiq razılığa gəlib.

Birləşmiş Ştatlar və müttəfiqləri 2014-cü ildən etibarən İŞİD qruplaşmasına qarşı mübarizəyə başlayıb. Ötən ilin dekabr ayında isə ABŞ Prezidenti Donald Tramp ABŞ qoşunlarının Suriyadan tam çıxarılması barədə göstəriş verib. O özünün “Twitter” səhifəsində İŞİD qruplaşmasının məğlub edildiyini və qoşunların Suriyada mövcudluğunun yeganə səbəbinin məhz bundan ibarət olduğunu yazıb.

ABŞ rəsmilərinin məlumatına əsasən, sayı 2 minə yaxın olan amerikalı hərbçilərin böyük hissəsi martın ortalarına qədər Suriyanı tərk edəcək, aprel ayının sonlarında isə proses tam başa çatacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.