SİYASƏT


ABŞ TERROR TƏHLÜKƏSİNƏ QARŞI HAVA HÜCUMLARINDAN MÜDAFİƏ SİSTEMİNİ MÖHKƏMLƏDİR

İTAR-TASS-dan AZƏRTAC-a daxil olmuş məlumatda deyilir ki, rəsmi Pentaqon ölkə üçün terror təhlükəsi artdığından Vaşinqton ətrafında hava hücumundan müdafiə sisteminin gücləndirilməsi üzrə əlavə tədbirlər görməyə başlamışdır. ABŞ paytaxtı ətrafında hava hücumuna qarşı “Evencer” tipli raket kompleksləri qoyulmuş, əlavə radarlar yerləşdirilmiş, hərbi hava qüvvələri isə şəhər üzərində hərbi patrul xidmətini gücləndirmişdir.

ABŞ-ın müdafiə naziri Donald Ramsfeld təhlükəsizlik tədbirlərinin görülməsi faktını təsdiq etmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.